Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Baş Prokurorluqdan isti hava şəraiti ilə əlaqədar işəgötürənlərə MÜRACİƏT
Baş Prokurorluq isti hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib.
Qurumdan Oxu.Az-a verilən məlumatda bildirilib ki, Əmək qanunvericiliyinə əsasən, havanın temperaturu 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində, eləcə də, havanın temperaturu 41 dərəcədən çox olan, sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir:
"İşlərin dayandırılması və işçilərə sərinləmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.
İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələrin müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.
Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir.
İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılır".
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Yeddi uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salındı - SƏBƏB
- 31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı
- Aralarında vəzifəli şəxslərin olduğu dəstənin qaçaqmalçılıqla bağlı cinayət işi məhkəməyə göndərildi
- Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi
- Dövlət xidmətinin üç vəzifəli şəxsi işdən çıxarıldı
Rəylər