Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakının mərkəzində turist gəzdirən faytona sahib çıxan qurum tapılmadı
Bakıda, şəhərin tam mərkəzində yerləşən Neftçilər prospektində hərəkət edən faytona qoşulu at şəhər sakinlərinin diqqətini çəkib.
Oxu.Az xəbər verir ki, bununla bağlı redaksiyaya videogörüntü göndərilib.
Qeyd olunub ki, Qız qalasının yanından Azneft meydanı istiqamətində turist daşımaqla məşğul olan faytona qoşulu at baxımsız haldadır.
"Onun ayağı qanadığı halda belə, sahibi şəhər mərkəzində onunla turist daşımağa davam edir", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinə sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən fayton bulvar ərazisində deyil, Neftçilər prospektində hərəkət edir.
Bu dəfə Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, faytona nəzarət qurumun səlahiyyətinə daxil deyil.
Növbəti dəfə sualımızı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ünvanladıq. Qoruq İdarəsi də, digər qurumlar kimi, faytonun onların nəzarətində olmadığını diqqətə çatdırdı.
"Ərazi bizim nəzarətimizdə deyil və faytonun da bizə aidiyyəti yoxdur", - deyə açıqlamada bildirildi.
Əzizə İsmayılova
"Dənizkənarı Bulvar İdarəsi" teqi üzrə xəbərlər
- Azərbaycan Bayrağı ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb
- Xəzərin "Mirvari"sinin iş qrafiki AÇIQLANDI
- "Mirvari" təmirdən çıxdı: Bakı bulvarında gəmi gəzintisi BƏRPA EDİLİR
- Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK - Qiymətlər DƏYİŞƏCƏK?
- Dənizkənarı Milli Park dünyada ən yaxşılardan biri seçildi
Rəylər