Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakının mərkəzində avtomobilsizləşdirmənin nəticəsi necə olacaq? - AÇIQLAMA + FOTO
Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərlə giriş qadağan ediləcək. Bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq. Burada həmçinin parklanma yerləri də qadağan ediləcək.
Bəs bu qərar, yəni paytaxtın mərkəzinin avtomobilsizləşdirilməsinin nəticəsi necə olacaq?
Bu barədə Oxu.Az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ümumiyyətlə metronun “28 May” stansiyası fərqli nəqliyyat növlərinin qovuşduğu bir məkandır:
“Burada xaotik parklanma avtomobillərin nizamsız hərəkəti nizamlı hərəkət məhdudluğu yaradıb. Bu qərar insanların bir nəqliyyat növündən digərinə rahat keçidini təmin edir, həmçinin xaotik məkanı nizamlı insanyönümlü məkana çevirəcək”.
O əlavə edib ki, Bakı şəhərində 1600 kilometrdən çox yol şəbəkəsi var, amma bir küçə yoxdur ki, nə şimaldan cənuba, nə də şərqdən qərbə piyada gəzmək mümkün olsun:
“Səki var, ancaq müəyyən bir yerə qədər. Düşünürəm ki, mülayim bir iqlimə sahib olan Bakıda piyada infrastrukturlarının təşkili insanların rahat mühitdə yaşamasına şərait yaradacaq”.
Sevinc Əliyeva
Rəylər