Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakının daha bir rayonunda suyun verilişində fasilələr yaranacaq
Xətai rayonunun bəzi küçələrində suyun verilişində fasilələr yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən bildirilib.
"Təmir-bərpa, köhnə xətlərin yenilənməsi, əhalinin fasiləsiz təminatının təşkil olunması məqsədilə görülən işlər çərçivəsində iyulun 18-i saat 09:00-dan 23:00-dək Xətai rayonunun bəzi küçələrində suyun verilməsində fasilələr yaranacaq" , - məlumatda qeyd olunub.
Gecə saatlarından başlayaraq sabah gün ərzində Bakının iki rayonunda su kəsiləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.
Məlumata görə, yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədar iyunun 18-də gecə saatlarından başlayaraq gün ərzində Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.