Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakının ən bahalı restoranlarından birinin mətbəxində antisanitar vəziyyət var? - AÇIQLAMA
Paytaxtın məşhur "Paris Bistro" restoranının mətbəxində antisanitar vəziyyət olduğu iddia edilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, paylaşım edən şəxs sözügedən restoranın metronun "Sahil" stansiyası yaxınlığında yerləşən filialından gileylənib:
"Baxın, "Paris Bistro" adlanan restoranın həyəti, mətbəxidir. Şəhərin mərkəzində ən bahalı, beşulduzlu restoran sayılır. Zibilliyə baxın. Zibilləri mənim pəncərəmin qarşısına yığırlar. Hələ işçilərdən biri də mənə hücum edir. Bura zibil yığmaq yeridir? Zibilə görə bura siçovullar dolub, siçovul əlindən tərpənmək olmur. Zibilləri təmizləyin deyirəm, onu da etmirlər".
Məsələ ilə bağlı adı hallanan "Paris Bistro"restoranı ilə əlaqə saxladıq. Səhifələrində qeyd edilən əlaqə nömrəsinə cavab verən Kənan adlı şəxsə yayılan videogörüntü barədə məlumat verib, məsul şəxsin məsələyə aydınlıq gətirməsini istədik. Kənan adlı əməkdaş isə "bəli, əlbəttə, gözləyin" deyərək, bir neçə dəqiqə sonra dəstəyi üzümüzə asdı.
Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə də (AQTA) sorğu ünvanladıq. AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ agentlik tərəfindən nəzarətə götürülüb:
"Tərəfimizdən araşdırmalar aparılaraq, qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək".
Həmin videogörüntünü təqdim edirik:
Könül Cəfərli
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"
Rəylər