Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda Zəfər Günü münasibətilə konsert proqramı və atəşfəşanlıq olacaq - FOTOREPORTAJ
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda təşkil ediləcək konsert proqramı və atəşfəşanlıq üçün hazırlıq işləri aparılır.
"Report" xəbər verir ki, işlərə Dənizkənarı Milli Parkda start verilib.
Konsertlə əlaqəli Milli Parkda yerləşən Saat qülləsinin yanında səhnə quraşdırılır, son tamamlama işləri gedir.
Qeyd edək ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verilib, həmin gün qeyri-iş günüdür.
"8 Noyabr - Zəfər Günü" teqi üzrə xəbərlər
- Polkovnik Raqif İsrayılov: "Aprel döyüşlərindən sonra hazırlıqlarımızı artırmağa başladıq"
- Şuşa teleqülləsinə bayrağımızı asan döyüşçü: "Çox həyəcan keçirirdim"
- Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub
- Tayms Skver meydanında Azərbaycanın ərazi bütövlüyünün əks olunduğu xəritə nümayiş olunub
- Güler: "Azərbaycanla inteqrasiya bölgədə sülh və sabitliyin davamı üçün güclü amildir"
Rəylər