Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda yağıntının fəsadları: Drenaj sistemlər sovet dövründən qalıb - RƏSMİ
Hazırda Azərbaycana yağan yağıntılarla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakıda yağışdan sonra küçələrdə subasmasının səbəbini yağıntının illik normadan dəfələrlə artıq olmasında, o cümlədən yağış sularının axıdılması üçün istifadə olunan kollektorlarda yaranan problemlərdə görür.
"Report"a açıqlamasında xidmətin mətbuat katibi Ceyhun Musaoğlu deyib ki, Bakı şəhərinin əksər ərazilərində fəaliyyət göstərən borular, drenaj sistemləri sovet dövründən qalıb, bəzilərinin istismar müddəti bitib:
"Təbii ki, bunlar zaman-zaman dəyişdiriləcək. Bəzi yerlərdə drenaj sistemi ilə axıntı sularını aparan kollektorlar, demək olar ki, birləşiblər. Eyni funksiya yerinə yetirilir. Bunların da zaman-zaman bir-birindən ayrılması prosesi həyata keçiriləcək".
Xidmət rəsmisi qeyd edib ki, əvvəlki illərlə müqayisədə Bakıda evlərin, həyət evlərinin sayı artıb və bu evlər harada gəldi inşa olunub:
"Obyektlərin çoxu magistral xətlərin, su xətlərinin, kanalizasiya xətlərinin, kollektorların üzərində inşa olunub. Əksər kollektorlar qapalı vəziyyətdədir, üzərinə beton tökülüb. Hazırda bu kimi neqativ vəziyyətin aradan qaldırılması üçün də işlər görülür".
C.Musaoğlu bildirib ki, normadan artıq yağan yağışların yaratdığı fəsadlarla bağlı rəhbərliyə qədər hər kəs səfərbər olaraq işləyir:
"Problemin aradan qaldırılması üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, o cümlədən Regional Su Meliorasiya Xidməti gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərir. Bəzən texnika və işçi qüvvəsini çatdırmaq olmur, həmçinin yuxarıda sadaladığım problemlər işə maneçilik törədir. Elə yerlər var ki, suyun axması üçün nəzərdə tutulan cığırların üzərində evlər, restoranlar tikilib, artıq su kanallara tökülə bilmir. Bir məsələni də diqqətinizə çatdırım ki, "Bakı şəhərinin Baş planı 2040"da şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət, kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Artıq bu işlərin həyata keçirilməsi üçün işlər başlayıb".
Daha çox foto buada: PhotoStock.az
"Yağışın fəsadları" teqi üzrə xəbərlər
- Bakıda məktəbin uçan hasarının inşası tarixi açıqlandı
- "Sabunçu tuneli"ni inşa edən şirkətdən açıqlama: "Ona qalsa, "Bağırov körpüsü"nə də su dolub"
- "Bağırov" körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb - RƏSMİ
- Güclü yağışa görə Sabunçu tuneli bağlandı
- Tuneldəki hadisənin ADY-nin infrastrukturu ilə əlaqəsi olmayıb - RƏSMİ
Rəylər