Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda fərdi yaşayış evinin həyəti çökdü: Kanalizasiya kollektorunda qəza oldu - AÇIQLAMA
Bakıda fərdi yaşayış evinin həyəti çöküb.
Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində qeydə alınıb.
Görüntü ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.
Qeyd olunub ki, sözügedən ünvanda diametri 1 200 mm, dərinliyi 7 m olan kanalizasiya kollektorunda qəza olub:
"Hadisə qeyri-qanuni tikilən fərdi yaşayış evinin həyətində baş verib. 1974-cü ildə tikilmiş kollektorun üzərində qanunsuz evlər inşa edilib. Hazırda qəzanın aradan qaldırılması işləri görülür".
Qurumdan əlavə olunub ki, Xətai rayonu ərazisində magistral su və kanalizasiya xətləri üzərində yüzlərlə qeyri-qanuni evlər, obyektlər tikilib:
"Bu tikililərin altından keçən xətlərə nəzarət etmək mümkünsüzləşir, yaranan qəza hadisələrinin aradan qaldırılması quruma böyük çətinliklər yaradır. Hər hansı qəza nəticəsində həmin qeyri-qanuni tikililərə də ziyan dəyir".
Əzizə İsmayılova
"Xətai rayonu" teqi üzrə xəbərlər
- Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub
- Bakıda kəlmeyi-şəhadət gətirib özünü binadan atan gənc öldü
- Bakıda iş adamı SAXLANILDI
- Xətaidə sürüşmə təhlükəsi olan ərazilərdə tikintiyə niyə İCAZƏ VERİLİB?
- Bakıda baş verən torpaq sürüşməsi: Ərazidə hansı təhlükə gözlənilir?
Rəylər