Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda qadın bələdiyyə sədri cərimələndi, qərardan şikayət etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Suraxanı rayonunun Əmircan bələdiyyəsinin sədri Cəmilə Ağayevaya cərimə yazıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Xidməti bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, cərimə protokolu tərtib edib.
Buna səbəb isə C.Ağayevanın baş verən bədbəxt hadisə barədə müvafiq qurumu vaxtında məlumatlandırmaması olub.
Bələdiyyə sədrinin barəsində protokol tərtib olunan maddədə deyilir ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
C.Ağayeva isə Dövlət Xidmətinin qərarından narazı olduğu üçün Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Onun iddiası hakim Pərviz Muradovun sədrliyi ilə araşdırılacaq.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)" teqi üzrə xəbərlər
- Dövlət Vergi Xidməti və DSMF-nin məlumatı arasında uyğunsuzluq aşkar edilib
- Milli Məclisin deputatından minimum pensiya məbləği ilə bağlı AÇIQLAMA
- Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 faizdən çox artırılır
- İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri 10 faizə yaxın artırılır
- Yeni sosial paket çərçivəsində pensiyalar artırılacaq - Nazirdən AÇIQLAMA
Rəylər