Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda məktəbə gedən yol vətəndaşın həyətindən keçir
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində məktəbə gedən yol vətəndaşın həyətindən keçir.
Bu isə ev sahibi ilə məktəbin müəllimləri arasında mübahisəyə səbəb olub.
Məktəb 2006-cı ildən fəaliyyət göstərir, lakin vətəndaşın evi 2011-ci ildə tikilib.
Şikayətçi Zəminə Zahirova bildirib ki, mübahisəsi gedən həmin ərazi qanunla ona məxsusdur. Sadəcə, məktəbə gedən yeganə yol buradan keçdiyi üçün illərdir etiraz etməyib.
Son illərdə isə məktəb rəhbərliyi tərəfindən dəmir hasarın mənzilə bitişik yerləşdirilməsi ev sahibinin narazılığına səbəb olub.
Məktəbin ibtidai sinif müəllimi Bəhlul Mayılovun sözlərinə görə, həmin ərazinin vətəndaşa məxsus olduğu təsdiqini taparsa, bu istiqamətdə müvafiq addımlar atılacaq.
Məsələ ilə bağlı aidiyyəti qurumlar - Səbail Rayon İcra Hakimiyyəti və Elm və Təhsil Nazirliyi əraziyə baxış keçiriblər və bu istiqamətdə müvafiq tədbirlər görülücək.
Ətraflı Real TV-nin süjetində:
Rəylər