Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rəsmi qurumların boyunlarından atdıqları lüklər: Faciə baş versə, günah kimdə olacaq?
Bakının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 511 ünvanındakı lüklərin üstü açıqdır. Bu səbəbdən avtomobillər və piyadalar üçün təhlükə var. Xüsusilə gecə saatlarında təhlükədən yayınmaq asan deyil.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ ilə bağlı sosial şəbəkələrdə video yayılıb.
Məsələ ilə bağlı məlumat almaq üçün bir neçə quruma üz tutsaq da, "qapılar" üzümüzə bağlı qaldı.
Belə ki, Avtomobil Yolları Dövlət Agentliyi və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sözügedən məsələ ilə bağlı sorğumuza cavab olaraq məsuliyyətləri olmadıqlarını bildirdilər.
Yasamal Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin isə sözün əsl mənasında "adı var, özü yox". İki gün ardıcıl mətbuatla bağlı səlahiyyətli şəxsə zənglər etsək də, cavabsız qaldı. Rəsmi hesab etdiyimiz şəxs isə: "Mətbuatla bağlı sualları mən cavablamıram", - deyib bizi "qeybə çəkilən" mətbuat katibinə yönəltdi.
Oyunun qaydaları dəyişmədi. Biz qapı-qapı gəzdik, amma ortaya çıxan olmadı.
Sonda çıxardığımız nəticə isə odur ki, Bakıdakı lüklərin taleyi Allahın ümidinə qalıb…
Məhərrəm Əliyev
Rəylər