Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda avtobus sərnişinlərə təhlükə yaratdı - ŞİKAYƏT
Novxanı qəsəbəsini Xırdalan şəhəri ilə əlaqələndirən 535 nömrəli marşrut avtobus sərnişinlərə qorxulu anlar yaşadıb.
Vətəndaşlar bildiriblər ki, sürücü avtobusa həddindən çox sərnişin götürüb və onu qapısıaçıq şəkildə idarə edib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-a cavab olaraq bildirildi ki, sürücülərin sərnişindaşıma qaydalarına riayət etməsi ilə bağlı onlara göstəriş verilib:
"Novxanı qəsəbəsini Xırdalan şəhəri ilə əlaqələndirən 535 nömrəli marşrut üzrə 15 avtobus 9 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Sərnişin tələbatı nəzərə alınaraq bir neçə ay öncə kiçiktutumlu avtobuslar iritutumlu avtobuslarla əvəz edilib. Səhər və axşam pik saatlarda yollarda yaranan sıxlıq səbəbindən avtobuslar arasında interval çoxalır və sərnişin sıxlığı müşahidə edilir.
Daşıyıcıya sərnişin tələbatı nəzərə alınaraq günün pik saatlarında xəttə əlavə nəqliyyat vasitələrinin buraxılması, eyni zamanda, sürücülərin sərnişindaşıma qaydalarına riayət etməsi ilə bağlı bir daha tapşırıq verilib".
Aytac Qasımova
"Xırdalan şəhəri" teqi üzrə xəbərlər
- Abşeronda fəhlə hündürlükdən yıxılaraq ÖLDÜ
- Qəzadan canını qurtarmaq istədi: Başqa maşın üstündən keçdi
- Keçmiş arvadına azyaşlı uşağının gözləri qarşısında işgəncə verən şəxsə hökm oxundu
- Xırdalanda yaşayış binasındakı yanğının səbəbi tezalışan üzlüyüdür?
- Yanğın baş verən ərazidəki DOST Mərkəzi işləməyəcək
Rəylər