Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məktəbin həyətinə keçmək istəyən oğlanın faciəvi ölümü: "Elə bildik oturub"
Bakıda 17 yaşlı gənc oğlanın elektrik cərəyanının vurması nəticəsində həlak olmasının bəzi detalları məlum olub.
Belə ki, hadisə Xətai rayonu, Qədir Məmmədov küçəsində baş verib.
Belə ki, Elmir Qəhrəmanov adlı şəxs sözügedən ərazidəki 245 saylı tam orta məktəbin həyətinə keçmək üçün dəmir barmaqlıqlara dırmaşıb. İşıq dirəklərinə toxunan zaman isə onu elektrik cərəyanı vurub.
Sakinlərin sözlərinə görə, bu ərazidə baş verən üçüncü cərəyan vurma hadisəsidir:
"Mərhum qardaşını axtarırmış, onu tapa bilmədiyinə görə, məktəbin həyətinə keçmək istəyib. Hava qaranlıq idi, beş dəqiqə orada qalıb, heç kim görməyib. Hamı elə bilib ki, oturub orada. Kömək etmək istədik, amma artıq gec idi".
Ətraflı Baku TV-nin süjetində:
"Əhmədli qəsəbəsində elektrik cərəyanının vurması nəticəsində həyatını itirən gənc məktəbin şagird kontingentinə daxil deyil".
Bu barədə Oxu.Az-a 245 nömrəli tam orta məktəbdən məlumat verilib.
Qeyd olunub ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"İyulun 29-u saat 20:40-da məktəbin yaxınlığında təxminən 17-18 yaşlı gənci elektrik cərəyanı vurub. Məktəbin gözətçisi kənardan gələn səs-küyə küçəyə çıxaraq hadisənin şahidi olub və dərhal təcili tibbi yardıma müraciət edib. Həmin gənc məktəbin şagird kontingentinə daxil deyil və bununla bağlı yayılan məlumatlar yanlışdır".
Əzizə İsmayılova
Bakıda 17 yaşlı gənc oğlanı elektrik cərəyanı vurub.
APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində, 245 nömrəli məktəbin yanında qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.07.2024-cü il tarixində saat 20:45-də təcili tibbi yardım bölməsinə cərəyan vurma səbəbi ilə gətirilən 17 yaşlı şəxsin (kişi cinsli) müraciəti daxil olub.
Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.
Rəylər