Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı İlahiyyat Kollecinə qəbul olan tələbələr harada yerləşəcəklər?
Bakı İlahiyyat Kollecinin binası ilə bağlı məsələyə aydınlıq gətirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Bakı İlahiyyat Kollecinin ilkin mərhələdə Azərbaycan İlahiyyat İnstitutunun binasında yerləşməsi və 2024-2025-ci tədris ilindən fəaliyyətə başlaması nəzərdə tutulur.
Qeyd edək ki, Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlər müsahibə mərhələsində iştirak etmək üçün 29 may 2024-cü il tarixinədək Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən eservices.dim.gov.az link vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Kollecə 2024/2025-ci tədris ili üzrə qəbul yalnız onbirillik orta ixtisas təhsilini başa vurmuş abituriyentlər arasında aparılacaq. Müsahibə mərhələsinin hansı tarixdə keçiriləcəyi DİM tərəfindən elan olunacaq. Bu il Bakı İlahiyyat Kollecinə 20 tələbənin qəbul olunması nəzərdə tutulub.
Xatırladaq ki, 2023-cü ilin dekabr ayında Baş nazir Əli Əsədov Azərbaycan İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında Bakı İlahiyyat Kolleci publik hüquqi şəxsi yaradılması ilə bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə DövlətKomitəsinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan İlahiyyat İnstitutu" publik hüquqi şəxsin yanında "Bakı İlahiyyat Kolleci" publik hüquqi şəxs yaradılıb.
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi" teqi üzrə xəbərlər
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı ARTIRILDI
- COP29 çərçivəsində Dini Liderlərin Qlobal Bakı Sammiti keçiriləcək
- Azərbaycanda iki məsciddə vacib sənədlər itdi
- COP29 çərçivəsində dini liderlərin sammitinin keçirilməsi üzrə hazırlıq işləri müzakirə edilib
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib
Rəylər