Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir?
Azərbaycan-Gürcüstan sərhədində 4.8 maqnitudalı zəlzələ olub.
Hadisə ilə bağlı "Trend"ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu, təbii prosesdir.
"Ölkəmizdə qeydə alınan zəlzələlərin çoxu hiss edilmir. Qorxulu nəsə yoxdur, Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir", - deyə Q.Yetirmişli əlavə edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Zaqatala seysmik stansiyasından 61 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 5 km dərinlikdə 4.8 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4.8 bal, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
Rəylər