Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qısa müddət öncə təyin olunan müavin istefa verdi: Goranboy İcra Hakimiyyətində nə baş verir?
Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənov istefa verib.
Bakupost.az xəbər verir ki, 18 ay öncə bu vəzifəyə təyin olunan müavinin istefa qərarı təəccüblə qarşılanıb.
İddialara görə, bu addım Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə aralarındakı rüşvət qalmaqalına görə atılıb.
Ş.Həsənovun işdən çıxarılma xəbərini İH-nin informasiya təminatı və təhlili sektorunun müdiri Faiq Muradov təsdiqləyib.
Bildirib ki, Ş.Həsənovun xidməti vəzifəsinə bu gün xitam verilib. Onun yerinə hələlik yeni təyinat həyata keçirilməyib.
Qeyd edək ki, Ş.Həsənov 2023-cü ilin fevralında bu vəzifəyə təyin olunmuşdu.
Fotoda Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev
Fotoda Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənov
Rəylər