Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda tələbə faciəli şəkildə öldü
Ötən gün faciəli şəkildə ölən şəxs tələbə olub.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, Göyçayda cərəyanın vuraraq öldürdüyü 24 yaşlı İsmayıl İsmayılov Mingəçevir Dövlət Universitetində təhsil alırmış.
Məlumat üçün bildirək ki, hadisə rayonun Potu kəndində qeydə alınıb.
Qeyd edək ki, rayonun Müskürlü kənd sakini, 2000-ci il təvəllüdlü İsamayıl Rafiq oğlu İsmayılov Potu kəndi ərazisində ağacdan alça yığarkən ehtiyatsızlıqdan yaxınlıqdan keçən elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.
Rəylər