Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək
COP29 konfransının gündəliyinə əsasən 17 noyabr istirahət günündə tədbir iştirakçılarının zəruri maliyyə xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə Bakının mərkəzində və bir sıra regionlarda 18 bankın 84 xidmət nöqtəsi (o cümlədən, 5 bank üzrə 9 xidmət nöqtəsi 24 saat rejimində olmaqla), eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Həmçinin qeyd olunan tarixdə AMB-nin Mərkəzi Bankın 966 Qaynar xətti vətəndaşlara 09:00 - 17:00 saatları (13:00 - 14:00 fasilə) ərzində xidmət göstərməyə davam edəcək.
17 noyabr tarixində xidmət göstərəcək maliyyə institutlarının iş qrafiki ilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:
https://uploads.cbar.az/press-releases/c00847ed221cddde6a2b250ff.pdf
https://uploads.cbar.az/press-releases/d23208f97a7d7c11ceb58f765.pdf
https://uploads.cbar.az/press-releases/829297ac8cc83359878574d4e.pdf
"COP29" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- COP29 gündəliyi - 22.11.2024
- Qaiser Navab: "Azərbaycan bütün dünya ictimaiyyətini bir araya gətirmək gücünə malikdir"
- Cin Baderşnayder: "Azərbaycan COP29-u keçirməklə böyük bir addım atmış oldu"
- Nazir müavini: "Türkiyə COP29-da təqribən 1800 nəfərlə iştirak etdi"
Rəylər