Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda qəzet rəhbəri həbs olundu
"Dəryaz" qəzetinin (deryaz.az) təsisçisi və baş redaktoru Habil Tağıyev həbs edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Habil Tağıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
O, ayrı-ayrı şəxslər barəsində ifşaedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul tələb edib.
Habil Tağıyevdən 10-a yaxın şəxs şikayət edib.
Ona hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, "Dəryaz" qəzeti daha əvvəllər Mətbuat Şurasının "qara siyahısına" daxil edilib.
"Hədə-qorxu ilə tələb etmə" teqi üzrə xəbərlər
- Qadınları görüntüləri ilə şantaj edən bloqer yenidən hakim qarşısında
- Vətəndaşı şantaj edən sabiq deputatın şikayəti əsasında məhkəmə başlayır
- Qəbələdə sahibkarı şantaj edən zabitin cəzası azaldıldı
- Taksi sürücüsünü qarət edən şəxsə hökm oxundu
- Bakıda qadının sevgilisi xərclədiyi pulları onun ərindən tələb etdi
Rəylər