Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda isti hava şəraiti nə zamanadək davam edəcək?
"Ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur".
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39°, Naxçıvan MR-də və Aran rayonlarında 35-38°, bəzi yerlərdə 40°, dağlıq rayonlarda 25-30° isti olacağı gözlənilir.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, isti hava şəraitinin Bakıda və Abşeron yarımadasında avqustun 23-ü, Naxçıvan MR və Aran rayonlarında isə avqustun 23-24-dək davam edəcəyi gözlənilir.
"İsti hava" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər