Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
III kurs tələbəsinin ölüm səbəbi BİLİNDİ
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsinin meyiti dənizdən tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, iyulun 15-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2004-cü il təvəllüdlü İmran Əli oğlu Cəbrayılovun meyiti elə həmin gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsinin vəfat səbəbi bəlli olub.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Oxu.Az-a bildirilib ki, İmran Cəbrayılov ötən gün dənizdə batıb:
"İmran 554 bal ilə universitetə daxil olmuşdu. Çox fəal tələbə idi. Dərslərini yaxşı oxuyur və məsuliyyətli idi. Üzücü xəbər oldu. Universitetimiz üçün ağır itki oldu. Çox kədərləndik. Ailəsi ilə birlikdə Nardaranda yaşayırdı. Ailəsinə başsağlığı verib, səbir diləyirik".
Nəzrin Vahid
Azərbaycanda III kurs tələbəsi vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) məlumat yayıb.
Bildirilib ki, universitetin III kurs tələbəsi İmran Əli oğlu Cəbrayılov faciəvi şəkildə dünyasını dəyişib.
O, ali təhsil müəssisəsinin "Maliyyə və mühasibat" fakültəsinin "Maliyyə" ixtisasında təhsil alırdı.
Rəylər