Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda altı ayda 42 min ABORT
2024-cü ilin altı ayında ölkə ərazisində icbari tibbi sığorta hesabına 42 039 abort icra olunub.
Oxu.Az bu barədə İcbari Tibbi Sığorta Agentliyinin təqdim etdiyi məlumatlara istinadən xəbər verir.
Məlumata görə, abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.
Statistik göstəricilərə əsasən, Bakı şəhərində abort üzrə ən yüksək müraciət sayı Sabunçu Tibb Mərkəzi, "Yeni Klinika", Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Abşeron Rayon Mərkəzi Xəstəxanası, rayonlar üzrə isə Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Şəki Rayon Mərkəzi Xəstəxanası, Saatlı Rayon Mərkəzi Xəstəxanası və Tovuz Rayon Mərkəzi Xəstəxanalarına aiddir.
Qeyd edək ki, Azərbaycanda abortların sayı 2021‑ci ildə 46 877, 2022‑ci ildə 57 999, 2023‑cü ildə isə 73 816 olub. 15‑49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9 olub. Abortlar ən çox 25-29 və 30-34 yaş aralıqlarında edilib.
BMT-nin məlumatına görə, Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir.
"Kliniki Tibbi Mərkəz" teqi üzrə xəbərlər
- Bakıda araqdan zəhərlənən kişi öldü
- İlan sancan hamilənin həyatı qurtarıldı, körpəsi dünyaya gəldi
- COP29 zamanı tibb müəssisələri necə işləyəcəklər? - TƏBİB-dən AÇIQLAMA
- Satıcılar alıcılara çağırış ETDİLƏR: "Göbələklər zəhərli ola bilər"
- Dövlət xəstəxanalarında BİABIRÇILIQ - Ağır xəstə reanimasiyada yer olmadığı üçün evə qaytarıldı
Rəylər