Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində kadr dəyişikliyi olub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus "Albalılıq avtoparkı" MMC-nin direktoru İlqar İbrahimov vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, şirkətə rəhbərlik Əyyub Kərimliyə həvalə olunub.
Xatırladaq ki, "Albalılıq avtoparkı" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 17,2 min manatdır.
Qeyd edək ki, Əyyub Kərimli 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. Ekspert, həmçinin İqtisadi və Sosial Araşdırmalar Yardım İB-nin sədridir.
"Vəzifədən azad olunma" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər