Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
AYNA-dan COP29 zolaqları ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən COP29-la əlaqədar daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə xüsusi hərəkət zolaqları təşkil olunub.
Oxu.Az xəbər verir ki, bu barədə AYNA tərəfindən məlumat verilib.
Bildirilib ki, 1 noyabr tarixindən 26 küçə və prospektdə - Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Useynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.
"Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcəklər, eyni zamanda, onlara 3 bal yazılacaq.
Rəylər