Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
AYNA: "COP29-un 4-cü günündə 52 mindən çox sərnişin daşınıb"
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 4-cü günündə təşkil edilmiş 18 Nəqliyyat Mübadilə Mərkəzindən etibarlı nəqliyyat əlaqəsi təmin edilib və 52 367 sərnişin daşınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Nəqliyyat əməliyyatlarını təmin etmək üçün AYNA tərəfindən "BakuBus", Bakı Taksi Xidməti, "Azparking" əməkdaşları daxil olmaqla ümumilikdə 1 600 nəfərdən çox heyət üzvü cəlb edilib.
Xatırladaq ki, COP29-un ilk günü 35 min, ikinci günü 45 minə yaxın, üçüncü günü 43 min sərnişin şatllarla daşınıb. Bu günədək ümumilikdə 175 mindən çox sərnişinə xidmət göstərilib.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
- Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi
- COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
- İşğaldan azad olunmuş ərazilərə getməyə dekabr ayı üçün biletlər satışa çıxarılacaq
- "Ukrayna dairəsi"ndə hansı işlər görüləcək?
Rəylər