Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avtomobillərin "qənimi" olan Bilgəh yolu keçilməzdir
Bakının Bilgəh və Nardaran kəndləri arasındakı yol yararsız vəziyyətdədir.
Belə ki, bir neçə ay əvvəl ərazidə su xətlərinin çəkilməsi üçün işlərə başlanılıb, lakin prosesin bir hissəsinin yekunlaşmasına baxmayaraq, yolun dağılmış asfalt örtüyü bərpa olunmayıb.
Sakinlər bildiriblər ki, yolda yaranan təhlükəli vəziyyət qəzalara da səbəb olub.
Məsələ ilə bağlı "Azərsu" ASC-dən bildirilib ki, qeyd olunan ərazidə içməli su şəbəkəsinin yaradılması işləri yekunlaşıb:
"Hazırda xətlərin istismar vəziyyətinin yoxlanılması məqsədilə sınaq-test rejimi ilə suyun verilməsinə başlanılıb. İşlər yekunlaşdıqdan dərhal sonra problem öz həllini tapacaq".
Ətraflı APA TV-nin süjetində:
"Azərsu ASC" teqi üzrə xəbərlər
- Bakıda su borusunun partlaması nəticəsində fərdi evdə yaranan təhlükəli vəziyyətlə bağlı AÇIQLAMA
- Azərbaycanda vəzifəli şəxs vəfat etdi
- Azərbaycan Premyer Liqası: "Şamaxı" "Sumqayıt"a qalib gəldi
- Su idarəsi Bakıda iş apardı, vətəndaşa külli miqdarda ziyan dəydi
- Kanalda batan qazinin yanındakı şəxslər kimlər olub? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır
Rəylər