Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ: Beş marşrut üzrə hərəkət istiqaməti dəyişdirildi
Bu gündən etibarən Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli küçəsinə qədər) təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məhdudiyyətlə bağlı 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Yeddi yaşayış məntəqəsini birləşdirən yolda təmir işləri yekunlaşdı
- Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir
- Azərbaycanda ödənişli yoldan istifadə üçün xüsusi kartların satışına başlanılır
- Quba-Xınalıq yolunda yeni körpünün inşasına başlanıldı
- Tərtər-Ağdərə avtomobil yolunun inşasına BAŞLANILIB
Rəylər