Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ANAMA sədri: "Vətən müharibəsindən indiyədək 377 nəfər minaların qurbanı olub"
"Vətən müharibəsi bitdiyi gündən indiyə qədər 377 nəfər minaların qurbanı olub".
Bu sözləri "Report"un Cəbrayıl rayonuna ezam olunmuş əməkdaşına Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, bu gün Minalardan və Partlamamış Hərbi Sursatlardan Təmizləmə üzrə İşçi qrupunun səyyar iclası Laçın şəhərində baş tutacaq:
"Laçına gedərkən əməliyyat sahələrinə baş çəkdik. Hazırda Cəbrayıl rayonunun Sarıcallı kəndi ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanış oluruq. Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən işçi qrupu mütəmadi olaraq belə səyyar toplantılar keçirir".
Sədr təəssüflə qeyd edib ki, mina qurbanlarının sayı artır:
"Dinamika aşağı düşsə də, yenə hadisələr baş verir. Müharibə bitdiyi gündən indiyə qədər bu partlayışlar nəticəsində 69 nəfər həlak olub, 377 nəfər minaların qurbanı olub".
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 12.11.2024-ün ən mühüm hadisələri
- Cəbrayıl şəhərində ilk dəfə Zəfər Günü qeyd olunub
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub
- Emin Məmmədov: "Düşmənin Cəbrayılda hansı vandallıqları törətdiyinin canlı şahidiyəm"
- Cəbrayıl sakini: "Ən böyük arzumuz bu gün çin olur"
Rəylər