Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Allahşükür Paşazadəyə məxsus olduğu deyilən klinika qeyri-leqal fəaliyyətlə məşğul olub?
"Zəhra" klinikası qeyri-leqal fəaliyyətdə ittiham edilir.
"Qaynarinfo" xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati iş başlanıb.
Bu maddədə qeyd edilir ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8000 min manatadək məbləğdə cərimələnirlər.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Vüsal Qurbanovun icraatına verilib.
"Zəhra" Klinikası vergidə "Zəhra Clinic" MMC kimi qeydiyyatdadır. Reyestr məlumatlarından aydın olur ki, klinika 26 oktyabr 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 100 manatdır. Klinikanın rəhbəri Fərid Hüseyndir.
"Zəhra" Klinikasının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, şeyxülislam Allahşükür Paşazadənin nəzarətində olduğu iddia edilir.
Fərid Hüseyndən əvvəl klinikaya QMİ sədrinin qızı Vəfa Paşazadənin rəhbərlik etməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır. Vəfa Paşazadə 2023-cü ildə rəhbərlikdən gedib. Bununla belə, hazırda klinikanın yenə də şeyxin nəzarətində olduğu deyilir.
"Allahşükür Paşazadə" teqi üzrə xəbərlər
- Kəmaləddin Heydərovdan Allahşükür Paşazadənin qohumunun yerinə TƏYİNAT
- Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI
- Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər - YENİLƏNİB + FOTO/VİDEO
- Bakıda COP29 çərçivəsində dini liderlər sammiti keçiriləcək - FOTO
- Azərbaycanda general-mayor vəfat etdi
Rəylər