Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ali Məhkəmədə işləmək istəyənlərin NƏZƏRİNƏ!
Ali Məhkəmədə ehtiyat kadr bazasının formalaşdırılması üzrə müsabiqə elan edilib.
Oxu.Az xəbər verir ki, müsabiqə məhkəmənin Aparatında qulluq keçmək istəyən şəxslərin bilik, ümumi dünyagörüşü və məhkəmə sistemində təcrübə səviyyəsini müəyyən etməklə ehtiyat kadr bazasının formalaşdırılması məqsədilə həyata keçirilir.
Müsabiqə yazılı və şifahi imtahan olmaqla iki mərhələdən ibarətdir.
Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan, hüquqşünaslıq ixtisası üzrə ali təhsil almış və məhkəmə orqanlarında inzibati vəzifələr üzrə üç il staja malik olan şəxslər iştirak edə bilərlər.
Müsabiqə üçün sənəd qəbulu cari ilin sentyabr ayının 1-dək davam edəcək. Namizədlər bu müddət ərzində Ali Məhkəmənin rəsmi internet səhifəsi vasitəsilə (https://supremecourt.gov.az/az/vetendaslar-ucun/ise-qebul-formasi) tələb edilən sənədləri təqdim edə bilərlər.
Təqdim ediləcək sənədlər iki hissədən ibarətdir:
Əsas sənədlər:
Şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) notarial qaydada təsdiq edilmiş surəti;
Əmək kitabçasının surəti;
Məhkumluq barədə arayış;
Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayış.
Digər sənədlər:
Xasiyyətnamə və ya şəxsin özünü xarakterizə edən digər sənədlər.
Müsabiqənin tələblərinə uyğun müraciətlər qeydiyyata alınaraq namizədlərə məlumat veriləcək.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR
- Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında
- Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
- Ali Məhkəmədə iqlim dəyişikliyi ilə bağlı tədbir keçirilib
- Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi
Rəylər