Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Abşeronda su borusu partladı: Əhali çarəsiz qaldı
Abşeron rayonunun Saray qəsəbəsi, İlqar Hüseynov küçəsində diametri 110 millimetrlik olan boru partlayıb.
Nəticədə içməli su küçəyə axır. Sakinlərin sözlərinə görə, illərdir sözügedən problemdən əziyyət çəkirlər.
"Üç gündən bir suyumuz kəsilir. Qırx ailəyik, susuz qalmışıq. Hər dəfə müvafiq qurumlara şikayət edirik, heç kim gəlib baxmır, bir əncam çəkmirlər", - deyə qəsəbə sakini narazılığını bildirib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, Abşeron rayonunun Saray qəsəbəsi, İlqar Hüseynov küçəsində sakinlərin primitiv üsulla pərakəndə şəkildə çəkdiyi su xəttində axıntı olub.
Rayonun Sukanal İdarəsinin qəza briqadası hadisə yerindədir və borunun qəzalı hissəsinin dəyişdirilməsi istiqamətində işlər görülür.
Ətraflı Baku TV-nin süjetində:
Rəylər