Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
AAYDA: "Goranboyda sel sularının yaratdığı çətinliklər aradan qaldırılıb"
Goranboy rayonu Azad-Dəyirmanlar-Bağçakürd avtomobil yolunun təqribən 1-ci km-də yol təsərrüfatında sel sularının yaratdığı çətinliklər aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, ötən gün intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Azad-Dəyirmanlar-Bağçakürd avtomobil yolunun təqribən 1-ci km-də yol təsərrüfatına ziyan vurub. Sel suları nəticəsində avtonəqliyyat vasitələrinin hərəkəti çətinləşib, yol çiyinləri yuyulub.
"Dərhal əraziyə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülərək qısa müddət ərzində hərəkətin fasiləsizliyi təmin olunub. Hazırda təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir", - deyə AAYDA-nın məlumatında qeyd edilib.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" teqi üzrə xəbərlər
- Yeddi yaşayış məntəqəsini birləşdirən yolda təmir işləri yekunlaşdı
- Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir
- Azərbaycanda ödənişli yoldan istifadə üçün xüsusi kartların satışına başlanılır
- Quba-Xınalıq yolunda yeni körpünün inşasına başlanıldı
- Tərtər-Ağdərə avtomobil yolunun inşasına BAŞLANILIB
Rəylər