Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
50 nömrəli avtobusun özbaşınalıq edən sürücüsü cəzalandırılacaq - RƏSMİ
"50 nömrəli sərnişin avtobusunun sürücüsü barədə inzibati tənbeh tədbiri görüləcək".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilib.
Qeyd olunub ki, 50 nömrəli marşrut xəttində fəaliyyət göstərən avtobusda nağdsız ödənişlərin qəbulunda texniki problem yarandığı üçün nəqliyyat vasitəsi fəaliyyət göstərə bilməyib.
"Sərnişinlərlə kobud rəftara yol verdiyi üçün daşıyıcı tərəfindən sürücü barədə inzibati tənbeh tətdbiri görüləcək".
Əzizə İsmayılova
11:46
Paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin sakinlərinin marşrutla bağlı problemi yaranıb.
Baku.ws xəbər verir ki, sakinlər ərazi üzrə təyin edilmiş 50 nömrəli marşrut avtobusunun sürücüsündən şikayətçidirlər.
Sakinlər qeyd ediblər ki, avtobus 40-45 dəqiqə intervalla hərəkət edir. Bununla yanaşı, sözügedən marşrut xəttinin sürücüsü sərnişinlərlə kobud rəftar edir.
Avtobusda "BakıKart"la ödəniş üçün aparat yerləşdirilsə də, işləmir. Sürücü sərnişinlərdən nağd ödəniş etməyi tələb edir, bunu etmək istəməyənləri isə avtobusdan düşürür.
Bəzi sərnişinlər gediş haqqını sürücünün arxasında əyləşən şəxsə verirlər.
"Sürücü özbaşınalığı" teqi üzrə xəbərlər
- "Yango"nun sürücüsü başqa ünvana çatdırılması üçün göndərilən heyvanı KÜÇƏYƏ ATDI
- Yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücünün kimliyi müəyyən edildi - RƏSMİ
- Taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən sürücü barəsində tədbir görüldü
- Avtobus sürücüləri öz aralarında sərnişin "satırlar?" - Rəsmi qurumların "sübut" tələbi
- 77 saylı avtobusun daşıyıcısına xəbərdarlıq edildi
Rəylər