Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"
Baku TV-də yayımlanan "O vaxtlar" verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında 12 uşaqlı Masallı sakini Ağa baba öz həyatından danışıb.
Çətin şəraitdə böyüdüyünü deyən ağsaqqalın sözlərinə görə, vaxtilə bacısına baxa bilmədiyinə görə, onu uşaq evinə verib:
"Anam ölmüşdü, atam da müharibəyə getmişdi. Ona görə də, bacımı uşaq evinə verməli oldum. Daha sonra uşaq evində itdi, 25 il sonra isə onun Şuşada olduğunu öyrəndim. Gedib bacımı evə gətirdim, onu fabrikdə işə düzəltdim. Daha sonra toy etdim, ev alıb yerbəyer etdim".
Həyat yoldaşı Şükufə nənə ilə ailə qurmasından da bəhs edən Ağa baba söyləyib ki, bir-biri ilə çox yaxşı yola gediblər. "Həyat yoldaşım babamgillə qonşu idi. Xəbər göndərdim ki, qızla evlənmək istəyirəm. Onun atası da, anası da var idi. Elçi getdik, ailəsi dedi ki, qızımız sənə qurbandır", - o deyib.
Ətraflı videoda:
"Baku TV" teqi üzrə xəbərlər
- Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
- COP29-un on birinci günü: Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılıqlar əldə olundu
- Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - Detallar açıqlandı
- Türkiyədə tükürpərdən hadisə - Xəbərlərin 20:00 buraxılışı
- "Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada "Feyklər barədə dialoq 2.0" forumunda
Rəylər