Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyə parlamentinin sədri: “Prioritetimiz Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaqdır”
Prioritetimiz Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaqdır, daha sonra Ermənistan, Rusiya və İran da bu fəaliyyətə qoşula biləcəklər.
Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə söyləyib.
“Əvvəla Türkiyə-Azərbaycan-Gürcüstan üçlü mexanizmi... Bunu işə salacağıq. Keçən həftə Gürcüstanın xarici işlər naziri Ankarada idi. Bizdən israrla tələb etdikləri budur: Həm xarici işlər nazirləri, həm də parlament sədrləri səviyyəsində üçlü mexanizmi daha da gücləndirmək, dövlət başçıları formatında bunu irəli aparmaq, daha sonra Ermənistan, Rusiya və İranın bu fəaliyyətə daxil olması ilə altılı bir mexanizm yaratmaq”, - parlament sədri deyib.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.
Mənbə: tbmm.gov.tr
"İran" teqi üzrə xəbərlər
- Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu
- İran Rusiyaya nota verdi: Kazan şəhərində həbs edilən tələbələr azadlığa buraxıldılar
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- İran prezidenti özünə köməkçi təyin etdi