Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sergey Lavrov: "Vaşinqtonla əlaqələr məsələsində "top" ABŞ tərəfdədir"
"Moskva Donald Trampın administrasiyasında Vaşinqtonla əlaqələrə açıqdır, "top" ABŞ tərəfdədir".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
"Prezident Vladimir Putin "Valday" beynəlxalq müzakirə klubunun iclasında dedi ki, həmişə ünsiyyətə hazırdır və onu biz dayandırmamışıq - "top" qarşı tərəfdədir", - deyə Lavrov bəyan edib.
Bununla yanaşı, o vurğulayıb ki, Rusiyanın ABŞ-nin yeni administrasiyasından hər hansı gözləntiləri yoxdur.
"Gözləntilər və fərziyyələr olmayacaq. Konkret işlərə görə mühakimə edəcəyik", - deyə nazir qeyd edib.
"Rusiya-ABŞ münasibətləri" teqi üzrə xəbərlər
- ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirilməsi üçün "Storm Shadow"dan istifadəyə icazə verdi
- KİV: Trampla Putin arasında telefon danışığı baş tutub
- Nüvə müharibəsinə gedən yol: Rusiyalı politoloqdan ssenari
- ABŞ-nin nüvə döyüşü potensialı: Pentaqonun narahatlığı və Baydenin planları
- Rusiya hərbi gəmiləri Kubaya gedir: ABŞ-dən reaksiya gecikmədi