Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sentyabrın ilk həftəsində azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb
Azad olunan ərazilərdə sentyabrın 2-8-də 65 tank əleyhinə mina, 21 piyada əleyhinə mina, 1 583 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 907.1 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)" teqi üzrə xəbərlər
- ANAMA sədri: "Vətən müharibəsindən sonra 170 000 hektardan artıq ərazi minalardan təmizlənib" - ÖZƏL
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- Qarabağın bərpası və mina təhlükəsi barədə sənədli film təqdim edildi
- "Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib
- Minatəmizləmə zamanı həlak olan şəxslərə şəhid statusu verilə bilər