Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kurtulmuş: “Qorxuram ki, dünyada daha böyük problemlər yaransın”
“Dünya indi çətin mərhələdən keçir. Bu mənada Asiyada da vacib tarixi fürsət yaranıb”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
O bildirib ki, Asiya mədəniyyətin beşiyidir. “Biz parlament diplomatiyası ilə Asiyada əməkdaşlığı gücləndirməkdə maraqlıyıq. Türkiyə “Yenidən Asiya” siyasəti ilə Asiya qitəsində əməkdaşlığa böyük önəm veririk”, - deyə o bildirib.
Numan Kurtulmuş qeyd edib ki, beynəlxalq münasibətləri və xarici siyasəti münaqişələrin həllinə yönləndirmək vacibdir.
“Əgər münaqişələrin həllinə səylər göstərilməsə, qorxuram ki, dünyada daha böyük problemlər yaransın”, - deyə o əlavə edib.
O deyib ki, Rusiya-Ukrayna münaqişəsi həll edilməsə dünya daha böyük eskalasiyalara şahidlik edə bilər:
“Bu gün Rusiya-Ukrayna müharibəsi az qala kollektiv Qərblə Rusiyanın müharibəsi halına gəlib. İkinci bir münaqişə isə İsrail-Fələstin müharibəsidir. Fələstinlilər haqsızlığa məruz qalırlar”.
"Fələstin" teqi üzrə xəbərlər
- "İraq İslam Müqaviməti" hərəkatı üç dəfə İsrail hədəflərinə hücum edib
- İsrail müharibənin mərkəzini Qəzzadan Livana dəyişir: "Qarşıdurma qaçılmaz olacaq"
- Fələstin prezidenti Qəzzaya buraxılmadı
- Suriya fələstinlilər üçün viza tələbini ləğv etdi
- Türkiyəli professor: "HƏMAS uzun illər Yaxın Şərq və Fələstin siyasətində ən mühüm aktor olacaq"