Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gürcü ekspert: "Qərbin planı fiaskoya uğrayacaq"
"Bu il oktyabrın 26-da Gürcüstanda keçirilən seçkinin nəticələri kollektiv Qərbi qıcıqlandırıb".
Bunu Oxu.Az-a açıqlamasında gürcüstanlı ekspert David Çikelidze deyib.
O bildirib ki, gürcü xalqının seçimi və müstəqil iradəsi Qərb üçün qəbuledilməzdir:
"Biz ilk növbədə Qərbdən xahiş edirik ki, bizimlə bərabərhüquqlu davransın ki, bu da öz növbəsində gürcü xalqına və seçiminə hörmət deməkdir. Gürcü xalqı açıq şəkildə bəyan etdi ki, onlar üçün sülh və müstəqillik önəmlidir. Amma təəssüf ki, Qərbə Gürcüstanın milli maraqlarına məhəl qoymayan və onun istəklərini həyata keçirəcək hökumət lazımdır. Necə ki, bu gün onlara tabe olan iqtidar və müxalifətdə olan bəzi şəxslərin onlarla uğurlu əməkdaşlıq tarixi var. Məhz indiki müxalifət 2012-ci ilə qədər ölkəyə rəhbərlik edib. Onlar Qərbə qarşı çıxmayıb və onun maraqlarına xidmət edib".
Çikalidzenin sözlərinə görə hazırkı aksiyaların məqsədi açıq-aşkar hakimiyyəti dəyişməyə hesablanıb:
"Lakin bu missiya fiaskoya uğrayacaq. Çünki Gürcüstanda inqilab olmayacaq. Bunu istər ölkə daxilində, istərsə də xaricdə hamı anlamalıdır".
Mərahim Nəsib
"Gürcüstan" teqi üzrə xəbərlər
- Bəhruz Məhərrəmov: "Azərbaycan Qərb müdaxilələrinə son qoymağın mümkün olduğunu göstərib"
- Deputat: "Qərb Gürcüstanda hakimiyyəti dəyişmək üçün konkret ssenari hazırlayıb"
- Gürcüstanda 2014-cü il ssenarisi təkrarlanacaq? - Qərbin "Gürcüstan arzusu"
- "Qərbin məqsədi Gürcüstanı vassala çevirməkdir" - Cənubi Qafqazda yeni gərginlik formalaşır?
- Kobaxidze: "Aİ səfiri ritorikasını dəyişməzsə, Gürcüstan tədbirlər görəcək"