Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verdi
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 24-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Əli Əsədov Ankara şəhərində yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insan ölümü və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.
Azərbaycanın baş naziri bu ağır faciə ilə əlaqədar Türkiyənin vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıb.
Qeyd edək ki, dünən Ankarada baş verən terror aktı nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Əli Əsədov Milli Məclisə gəldi: 2025-ci ilin büdcəsi müzakirə olunacaq
- Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydasında dəyişiklik edildi
- Azərbaycanda bəzi kursantlara ödəniş ediləcək
- Əli Əsədovdan nümayəndəlik xərcləri barədə YENİ QƏRAR
- Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub