Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dövlət Agentliyində YOXLAMA: Vüqar Gülməmmədov iclas KEÇİRDİ
Hesablama Palatasının audit yoxlaması nəticəsində Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində dövlət vəsaitlərinin istifadəsi və idarə olunması ilə bağlı ciddi nöqsanlar aşkar edilib.
Oxu.Az xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında müvafiq qərar qəbul edilib.
Məlumatda göstərilir ki, Agentliyin funksional fəaliyyətini yetərincə tənzimləyən hüquqi aktların olmaması, tabeliyində olmayan qurumlara vəsaitlərin xərclənməsi və sığorta fondunun digər məqsədlərə yönəldilməsi kimi pozuntular qeydə alınıb. Həmçinin, dövlət əmlakının səlahiyyətsiz istifadəsi, tibbi sığorta vəsaitləri hesabına əsas fondların alınması və ya investisiyalar hesabına tikintilərin maliyyələşdirilməsi ilə formalaşan aktivlərin başqa qurumların balansına verilməsi halları müəyyən olunub.
Bundan əlavə, tibbi-iqtisadi ekspertiza üçün təyin edilmiş tələblərə uyğun olmayan işçilərin vəzifəyə gətirilməsi, tibbi-iqtisadi ekspertizaların düzgün aparılmaması, tibbi xidmətlərə dəyərindən artıq vəsait ödənilməsi, eləcə də bir sıra hüquq pozuntuları - donor saylarının artıq göstərilməsi ilə artıq vəsaitin alınması, hesabat təqdim olunmadan vəsaitlərin köçürülməsi, tibbi avadanlıq və məhsulların tibbi sığorta fondlarından maliyyələşdirilməsi, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməməsi və əmək haqqı hesablaşmalarında artıq ödənişlər kimi qanun pozuntuları da aşkar edilib.
"Hesablama Palatası" teqi üzrə xəbərlər
- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın MM tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
- Dövlət Vergi Xidməti və DSMF-nin məlumatı arasında uyğunsuzluq aşkar edilib
- Hesablama Palatası: 2026-cı ildən iqtisadi artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına olacaq
- Milli Məclisin deputatından minimum pensiya məbləği ilə bağlı AÇIQLAMA
- Növbəti il üzrə dövlət büdcəsindən həssas təbəqələrin xərclərinə 2.6 milyard manat vəsait ayrılacaq