Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın etirazlarını rədd etdi
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı zamanı Ermənistana qarşı etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktlarına görə qaldırılmış işin davam etdiriləcəyini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov "X" hesabında paylaşım edib.
Onun sözlərinə görə, beynəlxalq məhkəmə Ermənistan tərəfindən qaldırılmış etirazlara baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən, minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib.
Məhkəmə, həmçinin Ermənistanın mina yerləşdirilməsi praktikası ilə bağlı iddiaları məhkəmənin yurisdiksiyasından çıxarmaq cəhdini də rədd edib.
Diplomat qeyd edib ki, Ermənistan minalarının qurbanları üçün ədaləti təmin etmək həyati əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkənlərin sayı bu günə qədər faciəvi şəkildə artmaqda davam edir.
The International Court of Justice (@CIJ_ICJ) has today confirmed that Azerbaijan’s case against Armenia for ethnic cleansing and other acts of racial discrimination during its decades of occupation of Azerbaijan’s internationally-recognised territory will proceed.
— Elnur Mammadov (@ElnurIMammadov) November 12, 2024
The Court… pic.twitter.com/raK0SFj04e