Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ institutu: “İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar” - VİDEO
“Dünən, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı müxtəlif versiyalar irəli sürülür. Daxildəki etirazçılar hadisə ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) günahlandırırlar”.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
“Etirazçılar beynəlxalq ictimaiyyəti SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırırlar. İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı “Nour News” agentliyi bildirib ki, hücum Bakı ilə Tehran arasındakı əlaqələrə xələl gətirməməlidir”, - deyə institutdan bildirilib.
Qərb analitiklərinin fikrincə, dünən Tehran əyalət polisinə yeni rəisin təyin olunması təsadüfi deyil:
“İranın hüquq-mühafizə orqanlarının komandiri briqada generalı Əhməd Rza Radan Azərbaycan səfirliyinə hücumdan bir neçə saat sonra Tehran əyalət bölməsinin rəisi Hüseyn Rəhimini vəzifəsindən azad edib və yeni komandir gətirib. Sözügedən vəzifəyə Əlborz əyalətinin komandiri vəzifəsində çalışmış briqada generalı Abbas Əli Məhəmmədi təyin olunub. Bunun səfirliyə hücumla bağlı olub-olmadığı məlum deyil. Çünki Əhməd Rza Radan əsas vəzifələrə məhz etibarlı zabitlər təyin etməyə çalışır”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
"İran" teqi üzrə xəbərlər
- Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu
- İran Rusiyaya nota verdi: Kazan şəhərində həbs edilən tələbələr azadlığa buraxıldılar
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- İran prezidenti özünə köməkçi təyin etdi