Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Ufak Tefek Cinayetler”in 33 milyonluq villaları – FOTO
“Ufak Tefek Cinayetler” serialını izləməsəniz belə, sosial mediada tez-tez adını eşidirsiniz. Talantlı aktyorları, intriqalı ssenarisi və uğurlu komandası ilə serial bir neçə ay içində tək Türkiyədə yox, Azərbaycanda da fenomen olub.
Oxu.Az hər kəsin maraqla izlədiyi serialda “Sarmaşık” adlandırılan məhəllənin, əslində, harada olması və malikanələrin qiymətləri barədə məlumatı təqdim edir:
Serial İstanbulun müxtəlif yerlərində çəkilir
Bu səmtlərdən biri Zekeriyaköydür. Belqrad meşəsinin yaxınlığında yerləşən bu bölgə yuxarı təbəqəyə aid olan insanların daha çox üz tutduğu yaşayış sahəsidir.
Ancaq serialın ən önəmli bölgəsi olan “Sarmaşık sitesi” isə Zekeriyaköydə deyil.
“Sarmaşık”dakı çəkilişlər İstanbulun Eyüp bölgəsinə bağlı olan Göktürk məhəlləsində gerçəkləşir.
Bu bölgə İstanbulun içərisində olub, yaşıllıqla bol olan nadir yerlərdən biridir.
Serialın böyük bir hissəsi isə “Kəmər Country” adlanan yaşayış sahəsində vilların yerləşdiyi lüks bir küçədir.
Məşhur “Sarmaşık” məhəlləsi də burada yerləşir.
Uğruna iqtidar savaşlarının getdiyi bu yaşayış sahəsində təkcə hovuzlu villalar yer almır.
“Sarmaşık”da yerləşən gözəllik salonu, kafe və restoran kimi yerlər isə elə “Kəmər Country”nin içindədir.
Bəs “Sarmaşık”da yerləşən villaların qiymətləri nə qədərdir?
Məşhur bir əmlak saytında yerləşdirilən ən yüksək qiymətə olan villanın dəyəri 33 milyon lirə, təxminən, 15 milyon manatdır.
Xeyli evlərin olduğu böyük yaşayış sahəsində daha ucuz villalar da var, amma serialdakı obrazlar bu evləri bəyənməyib, intriqalı həyat yaşamağa üstünlük verir.
Pərviz Hüseyn
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29 Paris Sazişinin iki maddəsini qəbul edib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər