Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mustafa Sandal Bakıda: “Azərbaycan ikinci vətənimdir” - FOTO
Türkiyənin məşhur müğənnisi Mustafa Sandal Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, Mustafa Sandal Heydər Əliyev adına Hava Limanında mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Müğənni ölkəmiz haqqında təəssüratını bölüşüb:
“Bakıya 10 ay əvvəl gəlmişdim. İstanbuldan sonra səhnədə zövq aldığım şəhər Bakıdır. Buranın izləyicilərini, Bakı şəhərini çox sevirəm. Uzun illərdir ki, buraya gəlirəm və tamaşaçılarla görüşürəm. Hər dəfə də çox sevinirəm. Bakını gəzəcəyəm. Şəhər tez-tez dəyişir. Mən də hər dəfə gələndə Bakını gəzirəm. Azərbaycan ikinci vətənimdir”.
İfaçı bu gün Bakı Konqres Mərkəzində planlaşdırılan konsertindən də danışıb:
“Konsertimin hər dəqiqəsi sürprizlərlə dolu olur. Səhnəyə enerji ilə çıxıram. Konsertimə gəlsəniz, bunu görərsiniz. İstəyirəm ki, tamaşaçılar konsertimdə fərqli hiss keçirsinlər, konsertimi unutmasınlar. Bunun üçün də səhnədə həqiqi və səmimi olmağa diqqət edirəm. Canlı, dinamik, həyəcanlı və sürprizlərə hazır performans olmasını istəyirəm”
İfaçı “Evliliyiniz necə gedir” sualını belə cavablandırıb:
“Allaha şükür, yaxşıdır”.
Mustafa Sandal “Zirvədə qalmağınızın sirri nədir” sualına - “Pozitiv enerji... Həyata pozitiv baxa bilmək, insanlarla yaxşı münasibət qurmaq, dəyər vermək, anı yaşamaq, işini sevmək və özünə yaxşı baxmaq”, - deyə cavab verib.
Müğənni formada qalmasının səbəbini də açıqlayıb:
“Gecələr soyuducuda oluram (gülür). İdman edirəm. Bir çox şeyə diqqət edirəm”.
Qeyd edək ki, Mustafa Sandalın konsertinin təşkilatçısı “Event Office”dir.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Zakir Həsənov müşavirə keçirdi, konkret tapşırıqlar verdi
- Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
- Milli Dirçəliş Günü - Azərbaycan tarixinin qürur səhifəsi
- COP29 çərçivəsində "Silk Way Alat Free Economic Zone" şirkəti və ICAO arasında razılaşma imzalanıb
- COP29-da iştirak edən nümayəndə heyətlərinin şərəfinə Heydər Əliyev Mərkəzində ziyafət verilib
Rəylər