Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Di Kaprio çirkli pullarının yuyulması ilə bağlı yoxlanılacaq
ABŞ-nin Federal Təhqiqatlar Bürosu kino ulduzu Leonardo Di Kaprionun çirkli pulların yuyulmasında şübhəli bilinən iş adamı Co Lou ilə əlaqəsini araşdırır.
Məlumata görə, çoxmilyonluq fırıldaqçılıqda şübhəli bilinən biznesmen Di Kaprioya hədiyyələr yağdırıb, onunla bütün dünyada əyləncə gecələri təşkil edib və 2013-cü ildə amerikalının çəkdiyi “The Wolf of Wall Street” filmini maliyyələşdirib.
Bildirilir ki, hələ 2018-ci ilin aprelində Di Kaprioya Malayziyanın suveren fondundan milyardlarla dolların mənimsənilməsini təşkil etməkdə ittiham olunan Lou ilə bağlı suallar verilib.
Qeyd olunur ki, aktyor iş adamı ilə 2010-cu ildə tanış olub.
Mənbə: rbc.ru
Rəylər