Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan və İtaliya Baş Qərargah rəisləri hərbi-texniki əməkdaşlığı müzakirə edib
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin İtaliyaya rəsmi səfəri davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi bu ölkənin hazırda Silahlanma üzrə Baş direktoru vəzifəsində xidmət edən general-leytenant Luçano Portolano ilə görüşüb.
General-polkovnik K.Vəliyev general-leytenant L.Portolanonu İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması ilə əlaqədar təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.
Görüşdə hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi və bir sıra digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.
Sonra İtaliyanın Birgə Əməliyyatlar Komandanlığını ziyarət edən Azərbaycan hərbi nümayəndə heyətinə qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib.
"Kərim Vəliyev" teqi üzrə xəbərlər
- Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
- Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib
- Briqada komandirləri, müavinləri, əməliyyat və döyüş hazırlığı şöbə rəisləri ilə toplanış keçirilib
- Bu xəbərləri qaçırmayın: 19.09.2024-ün ən mühüm hadisələri
- Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüblər
Rəylər