Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyəli müğənnilərin Bakı konserti təxirə salındı - FOTO
Türkiyədə 3 mindən çox insanın həyatına son qoymuş zəlzələyə görə 7 günlük milli matəm elan olunub. Bu səbəbdən ölkədə bayraqlar yarıya endirilib, müxtəlif mədəniyyət tədbirləri, konsertlər təxirə salınıb. Bu təşəbbüsə Azərbaycan telekanalları da qoşulub, əyləncəli proqramların yayımını dayandırıb.
Bu günlərdə Bakıda bir neçə türk məşhurunun konserti gözlənilir ki, onların da keçirilib-keçirilməyəcəyi sual doğurur. Onlar arasında “Anadolu Ateşi” rəqs qrupu (8 fevral), Mahsun Kırmızıgül (12 fevral), Öykü Gürman (14 fevral) və Sertab Erener (14 fevral) var. Bununla bağlı təşkilatçılara sorğu ünvanlanıb.
“Mega Müzik” şirkətinin rəhbəri Murat Tayfur “Qafqazinfo”ya bildirib ki, fevralın 14-də keçiriləcəyi gözlənilən Öykü Gürman konserti təxirə salınıb. O, tədbirin yeni tarixini hələlik açıqlamayıb.
Fevralın 8-də baş tutmalı olan “Anadolu Ateşi” rəqs qrupunun çıxışının vaxtı 19 fevral saat 19:00-a dəyişdirilib.
Fevralın 14-nə nəzərdə tutulan Sertab Erenerin konsertinin təşkilatçılarından biri olan “Peachline”dan bildirilib ki, tədbirin təxirə salınması müğənninin qərarından asılıdır.
Sonda isə Mahsun Kırmızıgülün fevralın 12-də keçirilməsi gözlənilən konsertinin təxirə salındığı bildirib. Tədbir qeyri-müəyyən vaxtadək ertələnib.
"Mahsun Kırmızıgül" teqi üzrə xəbərlər
- Mahsun qızı barədə verilən suala görə özünü itirərək başqasının maşınına mindi - FOTO
- Mahsun məyus etdi: Torpaq iddiası - VİDEO
- Mahsun Kırmızıgül 16 ildən sonra musiqi dünyasına geri dönüb
- Mahsun Kırmızıgül Bakıdan apardığı hədiyyəni kimə verib? - VİDEO
- Mahsun Kırmızıgülün Bakıdakı konsertindən FOTOREPORTAJ - VİDEO
Rəylər