Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tanınmış şirkətin işi üzrə daha 5 nəfər həbs edilib
"Zamin Əmlak Agentliyi"nin direktoru Oqtay Zərbalıyev və həmin agentliyin satış menecerləri Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
"Qafqazinfo"nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məlum olub ki, istintaqın gedişində daha 5 nəfər - Valeh Rüstəmov, Ədib Kazımov, Qalib Bayramov, İlqar Məmmədov və Bəxtiyar Məhərrəmov həbs edilib. Həmçinin onların əməllərindən zərər çəkənlərin də sayı artaraq 117 nəfərə çatıb. Zərərçəkmişlərə dəymiş ziyan isə 2 milyon manata yaxındır.
Agentlik rəhbəri digərləri ilə birgə zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər.
Bu iş üzrə ilk məhkəmə iclası keçirilib. Zərərçəkmiş şəxslərin çoxu iclas başlamazdan əvvəl məhkəmənin qarşısına toplaşıblar.
Hakim Fərid Namazovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsinə başlanılıb. İşdə tərəflərin sayı çox olduğundan proses təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. İstintaq orqanının vəsatəti, prokurorun təqdimatı ilə 9 nəfərin hər biri haqda həbs qərarı verilib.
"Məhkəmə işi" teqi üzrə xəbərlər
- Müdafiə Nazirliyində 143 milyonluq MƏNİMSƏMƏ: "Bəzi şahidlərlə üzləşmə sübut kimi götürülməyib"
- Məşhur marketlər şəbəkəsinin sahibini öldürmək istəyənə hökm oxundu
- Bakıda kişi nişanını iki dəfə pozan sevgilisini döydü
- Supermarketin yaxınlığında QƏTL: 50 manata görə ürəyindən bıçaqlandı
- Sərxoş kişi televizora yüksək səs vermək üstündə arvadını döydü