Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pişiklərə yem vermək üstündə qonşu qadını döyənə CƏZA VERİLDİ
Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Aygün Məmmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Aygün Məmmədova bir il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.
İttihama görə, hadisə 2023-cü il yanvarın 13-də, saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 65 saylı binanın girişinin ikinci mərtəbəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Aygün Məmmədova qonşusu Günay Səmədova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə Günayın ona binanın girişində pişiklərə yemək verməsinə irad bildirməsi olub. Bu zaman Aygün həmin qızın üzərinə hücum etmək istəyib. Bunu görən Günayın anası, zərərçəkmiş Nisə Səmədova (şərti) təqsirləndirilən şəxsi tutub. Sonra o, ayaq və əli ilə zərərçəkmiş şəxsin hər iki ayaq nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Aygün Məmmədova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
"qəsdən sağlamlığa zərərvurma" teqi üzrə xəbərlər
- Avtоmоbilini keyfiyyətsiz təmir edən ustanı döyən şəxsin cəzası azaldıldı
- Torpaq üstündə mübahisə edən oğul anasını döydü
- Keçmiş arvadına azyaşlı uşağının gözləri qarşısında işgəncə verən şəxsə hökm oxundu
- Qazax sakini bıçaqlandı - Saxlanılan var
- Arvadını bıçaqlayan 60 yaşlı qısqanc kişiyə hökm oxundu
Rəylər